Məhsullar

Xüsusiyyətlər

“Novus Plastica” şirkəti 100% təkrar emal edilən streç plyonka (Stretch Hood Film) istehsal edir. Belə plyonka müxtəlif məhsulların paletlərə möhkəm bərkidilməsini təmin edir və avtomatlaşdırılmış palet qablaşdırma sistemlərinin yüksək sürətli konveyerlərindən istifadəni asanlaşdırır. Streç plyonka yükləri anbarlama və daşınma zamanı qapalı saxlayaraq tozdan, çirkdən və nəmdən qoruyur. Streç plyonkanın fövqəladə hermetiklik təmin etməsi, habelə yırtılma və deşilməyə son dərəcə dözümlü olması məhsulları zədələnmədən və saxtalaşdırmadan etibarlı şəkildə qoruyur.

Plyonkanın şəffaf olması məhsul brendinin asanlıqla tanınmasını təmin edir və paletin açılmasına ehtiyac olmadan məhsul kodlarının rahatlıqla skan edilməsinə imkan verir ki, bu da logistika prosesini asanlaşdırır.

Avadanlıq İtaliyanın Luigi Bandera şirkətinin istehsalıdır.

2200

Avadanlığın istehsal gücü ildə 2200 tondur.

Spesifikasiyalar

Məhsulun spesifikasiyaları
  • Rulonun eni: 180 maksimum
  • Qalınlıq: 20-200 mikron
  • Material: Polietilen
Əlavə xüsusiyyətlər
  • UB şüalardan bir illik qorunma (UB inhibitoru)
Məhsulun xarakteristikası
  • Fövqəladə hermetiklik gücü
  • X yan (kənar) qorunma
  • Şəffaf plyonka
  • Yırtılmaya və deşilməyə yüksək dözümlülük dərəcəsi
Download certificate

Bazar təyinatı

İnşaat materialları sahəsində:

Doldurucu materiallar, asfalt təmiri üçün materiallar, qutularda keramik plitka, kərpic, sement, beton qarışığı, döşəmə plitkası, tavan plitkası, rezin qırıntısı, daş.

İçkilər

Butulkalara qablaşdırılmış su, energetik içkilər, spirtsiz içkilər və s.

Kimya və neft-kimya sahəsi

Absorbentlər, qatqılar, yapışqanlı maddələr, boya konsentratları, polimerlər, qatranlar, rezinlər, əridicilər, sintetik liflər.

Qida sənayesi

Heyvan qidaları, heyvanlar üçün qida əlavələri, tarasız şəkər, dənli bitkilər, taxıl, qranullaşdırılmış şəkər, un qarışıqları, qarğıdalı qorğası, düyü.