Qara boya konsentratı (Black Masterbatch) polimer daşıyıcının tərkibində paylanmış 40%-ə qədər yüksək dərəcədə strukturlaşdırılmış texniki karbon ehtiva edir. Polietilen boruların, kabel məmulatlarının, polietilen plyonkaların, ümumi və sənaye təyinatlı məmulatların istehsalı üçün əla seçimdir. Bu konsentrat polimerin tərkibində çox yaxşı dispersiya olunur, məmulatların rəngini tündləşdirir və onlara işığa uzun müddətli dözümlülük bəxş edir.
Avadanlıq İsveçrənin Buss AG şirkətinin istehsalıdır. Bu, Cənubi Qafqazda istehsalata verilmiş ilk belə avadanlıq.
Avadanlığın istehsal gücü ildə 5000 tondur.